
Paylaş
Komanda Lüksemburqa çatdı
Fanat: Fevralın 25-də Əmman şəhərində İordaniya millisi ilə qarşılaşan və 2:0 hesablı qələbə qazanan milli komandamız Avropa qitəsinə dönüb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən Fanat.az-a bildirilib ki, yığma komandamız artıq Lüksemburqa çatıb.
Qeyd edək ki, yığmamız fevralın 22-dən başlayan təlim-məşq toplanışı çərçivəsində sabah ikinci yoxlama oyununu keçirəcək. Komandamızın rəqibi Lüksemburq olacaq.